MN: “Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan bölmələrinə qarşı cavab atəşi açılıb”

5 Baxış

Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatının yaydığı məlumatı şərh edib.

Turanmedia.az tns-ə istinadən xəbər verir ki, şərhdə deyilir:

“Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.

Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək”.