Mingəçevirdə məhkəmə və ədliyyə işçiləri ağacəkmə aksiyası keçirib

27 Baxış

Mingəçevirdə məhkəmə və ədliyyə işçiləri ağacəkmə aksiyası keçirib.

Turanmedia.az xəbər verir ki, Mingəçevirdə ulu öndərin anadan olmasının 100 illik yubleyi ilə bağlı silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində Mingəçevirdə məhkəmə və ədliyyə işçiləri də ağacəkmə aksiyasında iştirak ediblər.

Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyi ilə əlaqədar keçirilən aksiyada Mingəçevir məhkəməsinin sədri Nemət Paşayev və kollektivi,qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova,probasiya şöbəsi şəhərin H.Əliyev prospektində 120 şam ağacı əkiblər,onlara aqrotekniki qulluq göstəriblər.

Qeyd edək ki,aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Esmira Hidayətova,Mingəçevir