Mingəçevir şəhərində yaşayış evində yanğın baş verib

16 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ev 30 mənzil 64 ünvanında yaşayış mənzilində baş vermiş yanğın saat 16:22-də ilkin məlumat daxil olmuşdur. Yanğınsöndürənlər 16:34-də söndürülmüşdür. Hadisə nəticəsində vətəndaş Verdiyeva Gülmirə Xanbaba qızına məxsus ümumi sahəsi 47 kv.m olan yaşayış mənzilin eyvanında kiçik həcmli maye-qaz balonu alışmış və 3 kv.m sahədə eyvanın yanar konstruksiyaları yanğına məruz qalmışdır. Hadisənin baş verməsində ilkin ehtimal edilən səbəb maye-qaz balonunun başlıq hissəsində yaranan nasazlıq olmuşdur. Ölən və xəsarət alan yoxdur.

Esmira Hidayətova,Mingəçevir