Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir 16 saylı məktəbdə “Novruz ənənələri”adlı bayram tədbiri keçirilib

140 Baxış

Turanmedia.az xəbər verir ki, tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar məktəbin həyətyanı sahəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada məktəbin pedoqoji kollektivi ,şagirdlər iştirak edib.

Daha sonra tədbirin rəsmi hissəsinə start verilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin,Türkiyədə zəlzələ zamanı həlak olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan, məktəbə yeni təyin olunan direktor Aygün Quliyeva tədbirə dəvəti qəbul edib qatıldıqları üçün birinci və ikinci Qarabağ müharibəsinin şəhid valideyinlərinə minnətdarlıq bildirib. Qeyd edək ki,onlar məktəbin məzunu olmuş şəhidlərinin valideyinləridir. Direktor bildirib ki,Novruz bayramı bir çox ölkədə ,o cümlədən Azərbaycan da təntənə ilə qeyd olunur:”Novruz qardaşlıq,birlik bayramıdır. Təyinatımdan sonra bu mənim ilk tədbirimdir. Tədbirin ərsəyə gələmsində əziyyəti olan bütün kollektivimizə,şagirdlərə və valideyinlərə öz təşəkkürümü bildirirəm”.

Daha sonra çıxış edən Mingəçevir təhsil sektorunun müdiri Sevic Həsənova bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib,onlara bol ruzi,əmin-amanlıq arzulayıb. Tədbirə qatılan şəhid valideyinləri orta məktəblərdə keçirilən bu cür tədbirlərə qatıldıqları üçün təhsil rəgbərliyinə minətdarlıq bildirdilər.Onlar qeyd edib ki,bir vaxtlar bizim də övladlarımız bu məktəbdə təhsil alıblar. İndi biz məktəbin foyesində düzülən övladlarımızın şəkillərinə baxıb qürur hissi keçiririk. Onlar vətənimizin övladlarıdır.

Tədbirin bədii hissəsi daha maraqlı anlarla yaddaşlara həkk olundu. Kosa ilə keçəlin tədbirə gəlməsi hər kəsi sevindirdi.Onlar məzəli rəqsləri ilə,yumurta döyüşdürərək və tonqal ətrafında dövrə vuraraq tədbirə rəngarənglik qatıblar. Şagirdlərin ifasında gözəl rəqslər,saz havaları,musiqilər dinlənilib.Bir sözlə bu günkü tədbir yadda qalan oldu desək yanılmarıq.

Tədbirin sonunda şəhid valideyinləri şirniyyat stolu ətrafında müəllimlərlə səmimi söhbət edib,övladlarının qəhrəmanlıqlarından danışıblar.

Qeyd edək ki, tədbir boyu məktəbin dərnək üzvülərinin hazırladıqları novruzun atributlarından ibarət əl işləri nümayiş olunub.Tədbirin ərsəyə gəlməsində məktəbin bütün kollektivinin əməyi olmuşdur.

Esmira Hidayətova,Mingəçevir

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678