“Göz yaşlarımı nəzərə alıb oğlumun həyatda qalmasına yardım edəsiniz” – MÜRACİƏT

Azərbaycanın birinci xanımı, Vitse-prezident Mehriban xanım Əliyevaya
Mingəçevir şəhəri Yeni həyat qəsəbəsində məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkün
Cəfərova Məhliqa Həsi qızı tərəfindən
MÜRACİƏT
Hörmətli Mehriban xanım,
Mən Cəfərova Məhliqa Həsi qızı fevralin 26-da ermənilər tərəfindən el obamizdan didərgin düşüb Mingəçevir şəhərində məskunlaşmışam. Yoldaşım Cəfərov Cəfər Məhəmməd oğlu Xocalı soyqırımında 25 gün erməni əsirliyində qalaraq ermənilərin işgəncələrinə məruz qalmışdır. Eyni zamanda bu ailədən həmin gecədə iki nəfər şəhid olmuşdur.
Hörmətli Mehriban xanım, oğlum Cəfərov Elçin Cəfər oğlu qara ciyər xəstəliyindən ( Hepatit C ) əziyyət çəkir. Mingəçevir şəhər mərkəzi xəstəxanasından göndərişlə Bakı şəhəri Respublikanski xəstəxanasına göndərdilər xəstəliyi ilə əlaqəli. Oradakı müalicələrin nəticəsi olmadığından Funda Hospitalda fəaliyyət göstərən tanınmış həkim Fərrux Nagiyevin qəbuluna apardıq. Fərrux doxturun işlədiyi hospital ödənişli olduğundan ailə vəziyyətimizə görə orada saxlaya bilmədik.
İndi oğlum günü gündən gözümün önündə şam kimi əriyir, ağrılarına görə nə gecələr yata bilir, nə də gündüz.
Sizdən artıq dərəcədə xahiş edirəm, oğlumun həyatda qalması üçün səhhətində yaranmış xəstəliyinə görə yardımçı olasınız. Ümidimiz göydə Allaha, yerdə isə Sizədir Mehriban xanım.
Mənim göz yaşlarımı nəzərə alıb oğlumun həyatda qalmasına yardım edəsiniz.
Heç bir yerdən köməyim yoxdu, günü gündən oğlumla bərabər məndə soluram.
İnanıram ki, mənim müraciətimi nəzərə alıb həyatda qalmağında vasitəçi olacaqsınız.
Hörmətlə
Cəfərova Məhliqa Həsi qızı
Xocalı rayonundan olan məcburi köçkün