Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtkin düşən 29 yaşlı Ucar sakini axtarılır – FOTO

148 Baxış

Ucar sakini itkin düşüb.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ucar şəhərində yaşayan 29 yaşlı Anar Səlimov 27 may 2020-ci il tarixdə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Onun əlamətləri belədir: boyu 170 sm., saçı qısa qara rəngli, gözlərinin rəngi şabalıdıdır.  
A.Səlimov evdən çıxarkən əynində göy rəngdə cins şalvar, narıncı rəngli uzunqol kofta, ayağında qara rəngli idman ayaqqabısı olub.    

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə və ya Ucar RPŞ-yə (02021) 3-00-53 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678