Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nailə Hüseynova:”Bir yazı həyatımı dəyişdi”

147 Baxış

Nailə Hüseynova:”Bir yazı həyatımı dəyişdi”.

Turanmedia.az xəbər verir ki, Bir neçə il öncə Yeniavaz.com saytında (04 mart.2021) Fiziki məhdudiyyətli müəllimənin atası:”Nailənin elektron əlil arabasına ehtiyacı var” adlı məqalə dərc olunmuşdu. Adı çəkilən məqalə saytda yayımlandıqdan sonra Qəbələ rayonundan Anar adlı şəxs məqaləni oxuyub çox pərişan olmuşdu. Hətta dediyinə görə bu yazının təsirindən bir müddət özünə gələ bilməmişdi. Tərəddüd içərisində Nailəyə zəng vurub ona həmin əlil arabasını ala biləcəyini demişdi. Bir müddət gənclər telefon vasitəsi ilə əlaqə saxlayıblar. Sonralar bu əlaqə onların sevgisinə çevrilib. Anar bəy deyir ki,mən ona öz sevgimi bildirmək üçün çox əziyyətlər çəkdim. Dedim bəlkə o,məni səhv başa düşə bilər. Amma onunla səmimi ailə( baxmayaraq ki,əlil arabasına məhkumdur) qurmaq niyyətində olub. Beləliklə, Anar bəy öz sevgisini Nailəyə çatdıra bilib. Nailənin valideyinləri bu izdevaca razı olmasalarda gənclərin bir-birinə olan sevgiləri valideyin narazılığına qalib gəlib. Onlar nişanlanıblar. Artıq iyun ayının 18-də gənclərin toy mərasimi olacaq. Nailə xanım onu da bildirdi ki,Yeniavaz.com saytında yazı getdikdən sonra Mingəçevirli (adının çəkilməsini istəməyən)bir iş adamı da elektron əlil arabasını almaq üçün yardım etmişdi. Həmin bəyə burdan Nailə xanım öz təşəkkürlərini də çatdırır.

Nailəni heç vaxt tək qoymayan dostları(sinif yoldaşları) ilə birgə bu sevincə biz də şərik olduq. Nailə deyir ki,mən heç vaxt özüm üçün yaşamamışam ,həmişə şagirdlərim üçün yaşayırdım. İndi artıq özüm üçün də yaşayıram. Anarın mənə olan sevgisi məni yenidən həyata bağladı:” Çox vaxt susurdum, dərdimi heç kimə demək istəmirdim . Düzdü,sevincimi hər kəslə paylaşırdım,amma kədərimi bir kimsəyə demək istəmirdim. Mən bu sevgini Allahın mənə göndərdiyi dözümün mükafatı kimi qəbul edirəm. Uşaqlıq illərimdən atam,anam bu günə qədər mənə dəstək olublar. Çox əzab, əziyyətimi çəkdilər. Artıq onlar yaşlanıblar. Həmişə dərd edirdim ki, onlar həyatda olmayanda mən nə edəcəm? Anar öz sevgisini sübut etdi. Ona inandım, ümid edirəm ki,biz xöşbəxt cütlük olacağıq”.

Sonda onu da qeyd edək ki, həyatın acı zərbələrinə rağmən Nailə ayaqda durmağı bacaran xanımdı. O, yeriyə bilməsədə nə qədər şagirdlərin əlindən tutub elm sahəsində ilk addımlarını atmağı, uğur qazanmağı öyrətdi və öyrədir. Belə demək mümkünsə o, öz sevgisini hələ illər öncə onu sevənlərdən, şagirdlərdən almışdır.

Ətraflı video-sujetdə.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678