Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvan Hava Limanının direktoru vəzifəsindən azad ediləcək – Mənşur Gülməmmədli həbs oluna bilər

146 Baxış

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli yaxın günlərdə vəzifəsindən azad ediləcək.

Turanmedia.az xəbər verir ki, bu barədə TNS-ə özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Mənşur Gülməmmədlinin istintaqa cəlb ediləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Beynəlxalq Hava Limanında yoxlama aparıb. Hava limanındakı mənbə Tns-ə bildirib ki, yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib. Yoxlamanın nəticələri hüquq-mühafizə orqanlarına göndərilib.

Mənşur Gülməmmədli 2010-cu ildən Naxçıvan Beynəlxalq Hava Limanının direktorudur. O, Naxçıvanın sabiq rəhbəri Vasif Talıbova yaxınlığı ilə seçilən məmurlardan biridir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678