Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı konfrans keçirildi

132 Baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına müvafiq olaraq “Heydər Əliyev İli” çərçivəsində respublikamızda geniş proqramlı tədbirlər həyata keçirilir.

Turanmedia.az xəbər verir ki, həmin tədbirlərdən biri də aprel ayının 19-da Mingəçevir şəhər İcra Hakimiyyəti və Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə universitetin akt zalında keçirildi. “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfransa Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov və digər rəsmi şəxslər dəvət olunmuşdular. Konfrans öncəsi iştirakçılar Heydər Əliyev Mərkəzi önündə ucaldılmış Ulu Öndərin abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını ifadə etmiş və Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş sərgi ilə tanış olmuşlar.
Konfrans iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, sonra Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Açılış nitqi ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış etmişdir. Ulu öndərin hakimiyyətinin birinci və ikinci dövrlərindəki fəaliyyətindən geniş bəhs etdən icra başçısı Azərbaycanın aqrar dövlətdən yüksək sürətlə inkişaf edən, intibah dövrü keçirən bir ölkəyə çevirməsini konkret faktlarla şərh etmişdir.
Konfransda Ulu Öndərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunduqdan sonra məruzələr dinlənilmişdir. Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli “Ulu Öndər-Milli Müstəqillik uğrunda mübarizənin həqiqi carçısı” mövzusunda, Azərbaycan Mili Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Azərbaycanda elmin və alimin ən böyük himayədarı” mövzusunda, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov “Ümummilli lider və Azərbaycanın milli iqtisadi inkişaf strategiyası” mövzusunda, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Heydər Əliyevin milli təhsilimizin inkişafında misilsiz xidmətləri” mövzusunda məruzələrlə çıxış etmişlər.
Məruzələr diqqətlə dinlənilmiş və böyük maraqla qarşılanmışdır.

Esmira Hidayətova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678