Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kürdəmir sakini həmyerlisini öldürmək istəyib

36 Baxış

Kürdəmirdə həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, apelin 18-də rayonun Çöl-Qubalı kənd sakini, 1988-ci il təvəllüdlü Sahil Həsənovun xəsarətlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Ramiz Hüseynovun şəxsi münasibətlər zəminində həmkəndlisi Sahil Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ramiz Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678