Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz – Şeyx

50 Baxış

Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, erməni katolikosun açıqlaması din adamlarına uyğun deyil:

“Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır. Erməni katolikosun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil. Biz erməni kilsəsini dostluğa çağırırıq”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678