Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bulvarda atraksionları söküb kafe və restoran tikdilər

49 Baxış

Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksion yığışdırılıb. Onların yerində indi kafe və restoranlar yerləşir.

Turanmedia.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bir neçə il əvvəl ərazidə 40-a yaxın atraksion olub.

Dənizkənarı Bulvar İdarəsindən bildiriblər ki, ərazidən çıxarılan atraksionlar başqa ərazidə quraşdırılacaq. Ancaq çəkiliş zamanı bununla bağlı hər hansı hazırlıq işlərinin görülməsi müşahidə olunmayıb.

Məsələ ilə bağlı “Xəzər Xəbər”in sorğusuna cavab verən Dənizkənarı Bulvar İdarəsi sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün sökülüb.

“Yaxın gələcəkdə bulvar ərazisində yeni atraksionların quraşdırılması gözlənilir. Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır”- deyə o vurğulayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678