Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətənin müdafiəsində iştirak edən qazilərlə görüş keçirilib – FOTO

140 Baxış

İgid oğullarımızın ən böyük arzusu sağalıb yenidən Vətənin müdafiəsində durmaqdır.

Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının məsul şəxsləri Vətən müharibəsində yaralanmış döyüşçüləri ziyarət ediblər.

Onlar qaziləri düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıblar. 

Görüşdə dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edən qazilərimiz qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulayıblar. 

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları da Vətən savaşında böyük şücaət göstərərək, düşmənə aman verməyən qazilərimizi ziyarət ediblər. Vətənimizin igid oğullarına baş çəkməyi özlərinə borc bilən asayiş keşikçiləri onları vətənpərvər böyüdən valideynlərə də minnətdarlıqlarını bildiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678