Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Güney Azərbaycandakı azyaşlı soydaşlarımız üçün “Oxucan” layihəsinə start verilib

41 Baxış

Cənubi Azərbaycanda yaşayan azyaşlı həmvətənlərimiz üçün “Oxucan” adlı layihəyə start verilib.

Yetişməkdə olan gənc nəslin mill-mənəvi ruhda tərbiyə edilməsi, milli kimliyin qorunması, eləcə də güneyli soydaşlarımızın ana dilindən istifadəsinin genişləndirilməsi məqsədilə interaktiv oyunların yer aldığı mobil tətbiqdən ibarət olan layihənin məqsədi Güney Azərbaycandan olan uşaqlara ana dilində yazıb-oxumağı öyrətməkdir.

Maarifləndirici elektron vəsait olan “Oxucan” hazırda kitabxana tətbiqi və videokitablardan ibarətdir. Kitabxana tətbiqinə ümumilikdə 23 kitab əlavə olunub. Azyaşlılar üçün videodərslərin hazırlanması, güneyli uşaqlar arasında Azərbaycan dilinin təbliği məqsədilə ana dilində şeir, qısa hekayə və s. üzrə müsabiqə və yarışların təşkil edilməsi, eləcə də maarifləndirici tətbiqlərin hazırlanması planlaşdırılır.
Ətraflı

“Oxucan” “Instagram” sosial şəbəkəsində də minlərlə izləyicinin marağına səbəb olub. Belə ki, səhifədə paylaşılan kitablar geniş auditoriya tərəfindən maraqla qarşılanıb.

(//instagram.com/oxucan/). Layihənin müvəffəqiyyətlə tamamlanması və digər istiqamətlər üzrə işlər davam etdirilir.

Qeyd edək ki, hazırda İranda yaşayan 35-40 milyon azərbaycanlı ana dilində təhsil almaq hüququndan məhrumdur.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678