Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ümummilli lider Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq

143 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan Dövlət Müstəqilliyi əbədidir,sarsılmazdır,dönməzdir mövzusunda konfrans keçirib.

Konfransdan əvvəl, iştirakçılar Heydər Əliyev Mərkəzi önündə ucaldılmış ulu öndərin abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər. Konfrans Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
“Heydər Əliyev-Müstəqil Azərbaycanın Memarı”filmi nümayiş olunduqdan sonra məruzələr dinlənilib.

Konfransın açılışında çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ulu öndərin hakimiyyətinin birinci və ikinci dövrlərindəki fəaliyyətindən ətraflı bəhs edib, Azərbaycanın aqrar dövlətdən yüksək sürətlə inkişaf edən, intibah dövrü keçirən bir ölkəyə çevrilməsini konkret faktlarla şərh edib.
Qeyd edək ki,konfransda şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri,ictimayyət nümayəndələri,şəhid ailələri,qazilər,təhsil müəssisələri iştirak ediblər.
Ulu öndərin 100 illiyinə həsr olunmuş konfransda Millət vəkili Aydın Mirzəzadə,Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ irsini araşdırma mərkəzi”nin rəhbəri,beynəlxalq münasibətlər üzrə professor,siyasi elmlər doktoru Elçin Əhmədov,Azərbaycan Respublikasının Prezident yanında İdarəçilik Akademiyasının baş müəllimi Bakı politoloqlar klubunun sədri,politoloq Zaur Məmmədov,MDU “Təhsil fakultəsinin dekan müavini filologiya elmləri doktoru Flora Namazova məruzələrlə çıxış edərək ulu öndər milli müstəqillik uğrunda mübarizənin həqiqi carçısı, elmin və alimin ən böyük dostu olduğu qeyd ediblər. Məruzəçilər Heydər Əliyevin hərtərəfli inkişaf strategiyasının misilsiz töhfələrindən bəhs ediblər.
Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678