Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda OLAY: Şagirdlər gənc müəllimi şantaj etdi – İşə polis qarışdı

46 Baxış

Siyəzən rayonunda gənc müəllim şagirdi tərəfindən şantaj olunub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, 1 saylı orta məktəbin 22 yaşlı müəllimi polisə müraciət edərək həmin məktəbin 11-ci sinif şagirdi tərəfindən şantaj olunduğunu bildirib.

Qadın müəllimə şikayətində şagirdinin onu şəkillərini yayacağı ilə hədələyərək pulunu aldığını qeyd edib.

Müəllimə həmçinin polisə bildirib ki, həmin məktəbin daha iki şagirdi də onu narahat edib.

Müəllim şagirdlərin ona qarşı etdiyi bu tərbiyəsizlikdən sarsıntı keçirərək in tihara cəhd edib. Belə ki, o, in tihar məqsədi ilə özünə bıçaqla xəsarət yetirib, ailə üzvlərinin müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov “Ölkə.Az”a açıqlamasında bildirib ki, məsələ ilə bağlı Siyəzən Rayon Polis Şöbəsinə müraciət daxil olub. Hazırda faktla bağlı araşdırma aparılır. Araşdırmaların yekununda məsələyə hüquqi qiymət veriləcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678