Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ziyafət Əsgərov NATO PA-nın sessiyasında çıxış edib

147 Baxış

Noyabrın 18-də NATO Parlament Assambleyasının 66-cı illik sessiyasının video-konfrans formatında açılış mərasimi keçirilib.

Milli Məclisi qurumdakı nümayəndə heyətimizin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təmsil edib.

Tədbirdə çıxış edən Ziyafət Əsgərov COVİD-19 pandemiyasının dünyada yayılmasının qarşısının alınmasında Azərbaycanın verdiyi töhfələr barədə ətraflı məlumat verib.

Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatina 10 mln. dollar maddi yardım ayırıb. 

Çıxışının sonunda Ziyafət Əsgərov BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində bir araya gəlməsinə, COVİD-19-dan çıxış yollarını müzakirə etməsinə böyük ehtiyac olduğunu söyləyib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678