Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

62 Baxış

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda o cümlədən Mingəçevirdə də qeyd edilir.

Turanmedia.az xəbər verir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Mingəçevir şəhər Təbiət Riyaziyyat və Humanitar Təmayüllü liseyin təşkilatçılığı ilə 5 uşaq bagçası (1,4,6,7,10) ilə birgə bayram tədbiri təşkil olunub. Tədbir “Azərbaycan Bayrağı” ordenli şəhid Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılmış açıq səhnədə keçirilib. Tədbirdə Mərkəzi Aran Regional Təhsli İdarəsi Mingəçevir şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova, Zivər Tağıyeva, məktəblilər, uşaq və bağça müdürələri iştirak edib. Tədbir boyunca uşaqlar şən milli rəqslər , vətənpərvərlik mövzusunda şeirlər təqdim ediblər. Onların bu çıxışları vətənə olan məhəbbətlərinin bariz nümunəsi idi.
Tədbirdən sonra uşaqları təbrik üçün səhnəyə çıxan təhsil sektorunun müdiri Sevin Həsənova,liseyin direktoru Aidə İsmayılova bu günkü əmin amanlıq, firavanlıq məhz qəhrəman şəhidlərimizin, qazilərimizin, veteranlarımızın fədakarlığı sayəsində təmin olunub dedilər. Onlar əziz balalara təmiz səma,şən firavan həyat və saglamlıq arzulayıblar.

Esmira Hidayətova,Mingəçevir

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678