Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

14 iyun Mingəçevirin ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.

142 Baxış

2022-2023-cü tədris ilində Mərkəzi Aran RTİ-nin ümumtəhsil məktəblərinin IX siniflərini 9 125 nəfər (Mingəçevir – 1442, Yevlax – 1493, Ağdaş – 1435, Göyçay – 1576, Ucar – 1031, Zərdab – 627, Kürdəmir – 1521) , XI siniflərini 6 180 nəfər (Mingəçevir – 1062, Yevlax – 1077, Ağdaş – 834, Göyçay – 1048, Ucar – 676, Zərdab – 444, Kürdəmir – 1039) şagird bitirir. IX sinfi bitirənlərdən 4339 nəfəri qız, 4786 nəfəri oğlan, XI sinfi bitirənlərdən 2854 nəfəri qız, 3326 nəfəri oğlandır.
Bu tədris ilində Mərkəzi Aran RTİ üzrə 8 921 şagird birinci sinfi bitirir.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 6 660 uşaq məktəbəhazırlıq qrupunu başa vurub.
Turanmedia.az xəbər verir ki, bu gün respublikanın hər bir təhsil ocagında olduğu kimi Mingəçevir Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə son zəng tədbiri keçirilib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov son zəng tədbiri ilə əlaqədar hər an möhtəşəm uğurlara imza atan Mingəçevir Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə olub. İcra başçısı məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Tədbirdə liseyin direktoru Aidə İsmayılova çıxış edərək tədris ilini ölkə daxili və beynəlxalq fənn olimpiadalarında qazandıqları naliyyətlərlə , məktəblilər arası layihə və müsabiqələrdə , eləcə də idman yarışlarında əldə etdikləri böyük uğurlarla başa vurduqlarını qeyd edib. Yola saldığımız 2022-2023-cü tədris ilində yadda qalan məqamlardan danışıb. Bildirib ki,2022-2023- cü tədris ilində lisey 50 sinif və 3 məktəbəhazırlıq qrupları ilə fəaliyyətə başlayıb.Tədris ili çərçivəsində əldə edilən naliyyətlərdən söz açan direktor qeyd edib ki,2022-2023-cü dərs ilində lisey üzrə IX sinfi-98 şagird bititir ki,onlardan20 nəfəri buraxılış imtahanlarında ən yüksək nəticəyə nail olmuşlar,8 nəfər şagird fərqlənmə attestatına namizəddirlər. Zeynəb Quluzadə -288 balla MARTİ region üzrə birincidir. Eyni zamanda 2022-2023-cü dərs ilində lisey üzrə -72 şagird bitirir ki,onlardan 47 nəfəri buraxılış imtahanlarında ən yüksək nəticəyə nail olmuşlar. 4 nəfər şagird fərqlənmə attestatına namizəddirlər. Əsmər Həsənova-289 balla MARTİ region üzrə birincidir.Tədbirdə Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış edərək məzunlara uğurlar arzulayıb.
Son zəng tədbirində tədris ili yüksək nəticələr əldə edən şagird və müəllimlərə icra başçısı və təhsil sektoru müdirinin iştirakı ilə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub. Liseyin bir müəllimi Əməkdar müəllim adı alması münasibəti ilə təltif olunub. Son zəng tədbiri musiqi və rəqs sədaları altında davam edərək yaddaşlara həkk olunub.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678