Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
12 Baxış

Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Turanmedia.az xəbər verir ki, MN-dən TNS-ə bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.