Şura iclasında Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər şöbəsinin Mərkəzi Aran Regional Mədəniyyət idarəsi Mingəçevir nümayəndəliyinin payız qış mövsümünə hazırlıqla bağlı fəaliyyətləri tənqid olunmuşdur.

224 Baxış

Şura iclasında Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər şöbəsinin Mərkəzi Aran Regional Mədəniyyət idarəsi Mingəçevir nümayəndəliyinin payız qış mövsümünə hazırlıqla bağlı fəaliyyətləri tənqid olunmuşdur.

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirib ki, Şuranın bu günkü iclasının gündəliyində 2 məsələ durur: 1.“Şəhər təsərrüfatının müəssisələrinin 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığı ilə bağlı icrası nəzərdə tutulan tədbirlər haqqında”. 2. “Mingəçevir şəhərində fəaliyyət göstərən siyasi partiyaların yerli təşkilatları və QHT-lərlə aparılan işlərin vəziyyəti barədə”.
Gündəlikdə duran 1-ci məsələ haqqında məlumatla başçının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova çıxış edib. Məruzə ətrafında çıxışlar zamanı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Nizami İsmayılov, “Mərkəzi Aran” RETSİ-nin şəhər Elektrik Şəbəkəsi üzrə rəisi Təyyar Abdullayev, “Az.İES” MMC-nin direktoru Təhmasib Hüseynov, “Aztelekom” MMC-nin Mingəçevir filialının müdiri Mahir Mürsəlov məlumat vermişlər.
Gündəlikdə duran 2-ci məsələ haqqında məlumatla aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Elşən Əliyev çıxış edib. Məsələ ətrafında müzakirələrdə YAP Mingəçevir şəhər
təşkilatının sədri Bəxtiyar Mustafayev, QHT sədri Fərman Nəbiyev çıxış etmişlər.
Şura iclasında Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər şöbəsinin Mərkəzi Aran Regional Mədəniyyət idarəsi Mingəçevir nümayəndəliyinin payız qış mövsümünə hazırlıqla bağlı fəaliyyətləri tənqid olunmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müzakirələr zamanı fikir və təkliflərini bildirməklə tapşırıqlarını vermişdir. Cari ilin nöyabr ayında payız-qış mövsümünə hazırlığın icra vəziyyəti ilə bağlı məsələnin müzakirəsi qərara alınmışdır.
Şura iclasında müzakirə olunan məsələlər barədə qərar layihələri qəbul olunmuşdur.
Esmira Hidayətova,Mingəçevir.