Bu məhsullar bədəninizdə dərhal yağlara çevrilir

8 Baxış

Qastroenteroloq və endokrinoloq Dilarə Lebedeva qarında piylərin toplanmasına səbəb olan məhsulları açılqayıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, ekspert bu barədə Telegram kanalında yazıb. O, bildirib ki, bədənin “bir nömrəli düşməni” qida əlavələri, boyalar və ləzzət artırıcılarla zəngin fəstfudlardır.

“Belə yemək demək olar ki, bütün Mendeleyev cədvəlini bədənə gətirir. Lakin kimya və qida sənayesindəki bu nailiyyətlər piylənmə və ürək-damar, həmçinin həzm və endokrin sistemlərin xəstəlikləri ilə nəticələnir. Xüsusilə qluten bədənə zərər verir və çəkinizin artmasına səbəb olur. Bu zülaldan imtina etməklə həzm sistemini normallaşdıra, hormonal səviyyələri yaxşılaşdıra və asanlıqla istədiyiniz çəkiyə düşə bilərsiniz. Qluten xüsusilə çörək istehsalında geniş istifadə edilir.

Bal isə şəkər məhsuluna zərərsiz və alternativ hesab edilməməlidir, çəkini artırmaqla yanaşı allergiyaya da səbəb ola bilir”, – Lebedeva qeyd edib.

Həkim xatırladıb ki, balın 13-22%-i su, 75-80%-i karbohidratlar, az miqdarda B1, B2, B6, E, K, C vitaminləri, karotin və fol turşusundan ibarətdir.

“İndi karbohidratlara daha yaxından nəzər salaq: fruktoza: 38,0%, qlükoza: 31,0% və s. Qlükoza və fruktoza ən sadə şəkərlərdir, təmiz, mürəkkəb olmayan enerjidir və bədəndə dərhal yağ turşuları şəklində yığılır”, – Lebedeva yekunda bildirib.