İlham Zəkiyev də tələbə atası oldu – FOTO
11 Baxış

Azərbaycan paraolimpiyalı cüdoçu, ikiqat Paralimpiya Oyunları və ikiqat dünya çempionu, 2015 Avropa Oyunları çempionu,Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyevin övladı da bu il ali təhsil müəssisəsinə qəbul olub.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, idmançının oğlu bu il tələbə adını qazanıb.
İ.Zəkiyev xoş xəbəri “Yeni statusum- tələbə atası!” başlığı ilə paylaşıb.