Ermənilərə məxsus PUA ələ keçirildi – Video

36 Baxış

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

Turanmedia.az xəbər verir ki, bu barədə Axar.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.