Erməni sakinlərə göndərilən yardım Ağdam-Xankəndi yolunda gözləyir
10 Baxış

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərdiyi içərisində 40 ton un olan iki yük maşını artıq 6 gündür, Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməni əsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.