Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hansı halda arıqlamaq xərçəngin əlamətidir?

67 Baxış

Çoxları bilir ki, xərçəng xəstəliyi insan dieta saxlamadan, ac qalmadan və heç bir əlanət hiss etmədən, 2-3 ay ərzində kəskin çəki itirməsi ilə də başlaya bilər.

Turanmedia.az “Medicina”ya istinadən xəbər verir ki, endokrinoloq Zuhra Pavlova kəskin arıqlamağın altında bir çox təhlükəli xəstəliklərin ola biləciyini bildirib.

“İştahsızlıq və arıqlamaqla yanaşı əhval dəyişikliyinə də fikir vermək lazımdır.

Əgər insan həmişə şən, müsbət, optimist olubsa və birdən-birə depressiyaya, pessimizmə düşübsə,bu hal narahatvericidir.
Bu orqanizmdə ciddi pozuntu və hormonal disbalansın əlamətidir.

Eləcə də güzgüdə baxın: əgər cavan adam qısa müddətdə qocaldısa və üzü şişməyə başlayıb, dərisi qırışlanıb, quruyub, rəngi bozarıbsa, bu da ciddi xəstəlik, o cümlədən onkologiyadan xəbər verə bilər.

Nəyə görə insanlar xərçəngdən arıqlayır?

Çünki bəd şişlər çoxalaraq, bütün qida maddələrini ilk növbədə ələ keçirərək, digər hüceyrələri ac qoyur. Xərçəng hüceyrələri daha çox enerji alır. Ona görə iştah da azalır, əzələ kütləsi əriyir.

Amerikan onkoloqları bildirir ki, 1 ay ərzində 5-7 kq çəki itkisi mədə, ağciyər, mədəaltı vəz xərçənginin ilkin əlaməti ola bilər”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678