Göydən baxanda “Allah” sözü görünən məscid- FOTO

5 Baxış

Türkiyənin Kırıkkale vilayətində havadan görüntüsü “Allah” sözü olan məcsid tikilib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, 5 hektarlıq ərazidə 2015-ci ildə tikintisinə başlanan Məscid-i Rağbet oktyabrın 22-də istifadəyə veriləcək.

Ciddə Baş Konsulluğunun keçmiş mətbuat attaşesi Bahattin Akyönün təşəbbüsləri ilə Karacalı kəndinin girişində tikilən məscid 4 yarım aypara şəklində dizayn edilib.

 

Kırıkkalenin hər yerindən görünən məscidin ən əsas özəlliyi səmadan baxdıqda “Allah” kəlməsinin oxunmasıdır. Xüsusilə gecə işıqlar yandırıldıqda bu mənzərə daha ecazkar görünür.