Xankəndi paradına sülhməramlılar da qoşulacaq?
11 Baxış

Zəfər Günü münasibəti ilə 8 noyabrda Xankəndidə təşkil olunması gözlənilən hərbi paradda Rusiya sülhməramlı kontingentinin hərbçilərinin də iştirak edəcəyi iddiası yayılıb.
Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına açıqlamasında deyib.
O, “Noyabrın 8-də Rusiya sülhməramlıları hərbi paradda iştirak edəcək. Azərbaycanın qələbəsi şərəfinə iştirak edəcəksinizmi?” sualına cavab olaraq deyib ki, sülhməramlılar Azərbaycana əks qüvvə kimi deyil, Ermənistanla Azərbaycan arasında vasitəçi qüvvə kimi yerləşdirilib.