“Zəfərin mübarək,Azərbaycan!”

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və MARTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.
Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhəri 10 saylı tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Məktəbin sinif müəllimi Rəna Səfərovanın və məktəbin uşaq birliyinin rəhbəri Mehparə Həsənovanın təşkilatçılığı ilə V a sinifdə Zəfər gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbirdə əvvəlcə şagirlərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Daha sonra canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Qəhrəman Azərbaycan əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində göstərdikləri igidliklərdən danışılıb.
Qeyd edək ki, Mingəçevir təhsil sektoru müəssisələrində, həmçinin Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunur.
Eləcə də təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar keçirilib.
Bundan əlavə, təhsil müəssisələrində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları da keçirilib.
Qeyd edək ki,tədbirdə şəhid ailələri və məktəb direktorları,təhsil sektorunun nümayəndəsi də iştirak edib.
Esmira Hidayətova,Mingəçevir.