DTX-nin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert olub
7 Baxış

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar mədəni proqram təqdim olunub.
Turanmedia.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən Tns-ə verilən xəbərə görə, tədbirdə DTX-nin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak ediblər.
Tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.