Mingəçevirin şəhər statusu almasının 75 illiyi münasibəti ilə şəhərdə görülən işlərə baxış keçirildi

432 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevirin şəhər statusu almasının 75 illiyi münasibəti ilə noyabr ayının 10-da şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq şəhərin müxtəlif ərazilərində həyata keçirilən abadlıq-quruculuq işlərinə baxış keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə tədbirdə aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri tədbirdə olmuşlar. Dostluq parkının boş qalmış ərazisində hazırlanan əyləncə mərkəzinə, Heydər Əliyev prospektindəki 68/1 nömrəli binanın qarşısındakı ərazidə salınan nümunəvi istirahət guşəsinə, Sahil parkında uzunluğu 120 metr ərazidə yaradılan gəzinti sahəsinə, sağ sahil yaşayış massivindəki Təbriz küçəsi boyunca salınan parka, Azərbaycan İES yaşayış massivi ərazisində Cəmil Əliyev küçəsindəki binaların qarşısındakı nümunəvi məhəlləyə baxış keçirilmişdir. Baxış zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin arzu və istəklərini dinləmiş, onlara bu istirahət guşələrinin qorunub saxlanması üçün məsləhət və tövsiyyələrini vermişdir. Eyni zamanda, bu gözəlliklərin şəhərin 75 illiyi münasibəti ilə sakinlərə hədiyyə olduğunu diqqətə çatdırmışdlr. Qarşıdan gələn yubiley münasibəti ilə hər bir mingəçevirliyə təbriklərini çatdırmışdır. Ərazilərə baxış zamanı şəhər sakinləri görülən işlərdən razı qaldıqlarını və bütün bu gözəlliyi yaradan şəhər rəhbəri İlham İsmayılova təşəkkürlərini bildiriblər.
Mingəçevir Bələdiyyəsi də şəhərimizin yubileyi ilə əlaqədar olaraq tədbirlər planı hazırlayıb. Şəhər gününə həsr olunmuş yekun tədbirin keçirilməsi nəzərdə tutulan Sahil parkında bələdiyyə abadlaşdırma işləri aparıb. Parkın ərazisində sıradan çıxmış aqlay daşları, plitələr və bordürlər yenisi ilə əvəz edilib, müxtəlif dizaynla 1000 ədəd rəngbərəng güllər əkilib, təmizlik işləri görülüb.
Eyni zamanda, şəhərin Təbriz küçəsindəki 21 və 23 saylı binaların arxasındakı ərazidə bələdiyyə tərəfindən park salınıb. Parka mikrodaş tavalar (plitələr), yan daşlar (bordürlər) döşənib, 11 ədəd oturacaq, 2 ədəd söhbətgah qoyulub, dekorativ ağac əkilib, ətrafda səliqə-sahman yaradılıb.
Şəhər günü ərəfəsində park sakinlərin istifadəsinə verilib.

Esmira Hidayətova,Mingəçevir