Hacıqabulda yaşayış evində meyit tapılıb
8 Baxış

Hacıqabulda yaşayış evində bir neçə gün əvvəl ölmüş şəxsin meyiti aşkar edilib.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, hadisə Talış kəndində qeydə alınıb. Hacıqabul rayonunun Talış kənd sakini, 1966-cı il təvəllüdlü Əsədov Qalib Əlisa oğlu tək yaşadığı mənzilində ölü tapılıb. Onun bir neçə gün əvvəl öldüyü ehtimal olunur. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.