Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu şəxslərin evləri təmir olunacaq – 300 min manat ayrıldı

38 Baxış

Bakı şəhəri, Abşeron, Ağcabədi, İsmayıllı və Göygöl rayonlarında məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işləri aparılacaq.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, layihə çərçivəsində binaların yararsız hissələri söküləcək və təmir ediləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti layihənin icrası üçün “SDS Group” MMC-yə 289,833 min manat ödəniş edəcək.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678