Ağdamın azad olunmasından 3 il ötür

7 Baxış

Bu gün – noyabrın 20-si Ağdam Şəhəri Günüdür.

Turanmedia.az Axar.az-a istinadən xəbər verir ki, Azərbaycanda Ağdam Şəhəri Günü ilk dəfədir qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.