Xaçmazda 2 ədəd sənədsiz silah polisə təhvil verilib
7 Baxış

Xaçmazda 2 ədəd sənədsiz silah polisə təhvil verilib.
Turanmedia.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan TNS-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 2 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.