Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni deputat Bakıda yaşamaq arzusundadır

44 Baxış

Bakıda anadan olan Vilen Qabrielyan yenidən doğulduğu şəhərdə yaşamağa hazır olduğunu deyib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə “hraparak” yazır.

Onun sözlərinə görə, təhlükəsizliyə təminat verilərsə, yaşamağa hazırdır.

“Dünya yeni yaranmayıb, çoxlu dövlətlər var ki, bir-biri ilə müharibə edib, sonra sülh şəraitində yaşayıb, sonra yenidən müharibəyə başlayıb və s.”, – o qeyd edib.

Qabrielyan əlavə edib ki, nə qədər çətin olmasına baxmayaraq bütün bunlardan sonra belə icmalar bir-biri ilə barışmağa çalışmalıdırlar. “Ermənistan da istənilən başqa ölkənin vətəndaşlarının təhlükəsizliyinə təminat verə bilər”, – o bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678