Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yağış sularına qərq olmuş qəsəbə – VİDEO

138 Baxış

Suraxanı rayon Dədəqorqud qəsəbəsi 3 nömrəli küçədə hər dəfə yağış yağdıqdan sonra problemlər yaşanır. 

Baku TV xəbər verir ki, hər dəfə yağışdan sonra yaranan kanalizasiya xəttinin daşması sakinlər üçün ciddi çətinliklər yaradır. Qəsəbə sakinlərinin istifadə etdiyi yol tamamilə yararsız hala düşür.

Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehman Hüseynov Baku TV-yə məsələdən xəbərdar olduğunu bildirib. Qeyd edilib ki, bu ərazilər 2019-2023-cü illər ərzində plana düşüb. Növbəti ildə həmin ərazidə işlərə başlanması nəzərdə tutulur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678