Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda kafedə yanğın olub

128 Baxış

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 80 kvadrat metr olan birmərtəbəli kafenin mansardının yanar konstruksiyaları 80 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kafenin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678