Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir

150 Baxış

Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinə gedən yeni yol minalardan təmizlənir.

Report-un verdiyi məlumata görə, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Suqovuşan kəndinə yeni salınacaq yolun ərazisidə minaların aşkarlanması və zərərsizləşdirilməsi prosesi davam edir.

ANAMA-nın əməkdaşları yolun kəçəcəyi ərazilərə baxış keçirir, xüsusi avadanlıqlara partlayıcı silahları aşkar edərək məhv edirlər.

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2 661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1 778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin, bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678