Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

140 Baxış

“1 dekabr 2020-ci il tarixinə İnsanda İmmunçatışmazlığı Virusu (İİV ) ilə yaşayan 7247 nəfər mərkəzimizdə rəsmi olaraq qeydiyyata alınıb”.

Bu barədə Ümumdünya Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə Mübarizə Günündə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova bildirib. 

E.Alməmmədova sözlərinə görə, onlardan 1864 nəfər QİÇS mərhələsindədir:

“İİV infeksiyasından ölənlərin sayı 1082 nəfərdir. 2020-ci ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib. 484 nəfər (98 faiz) Azərbaycan vətəndaşı, 10 nəfər (2 faiz) xarici ölkə vətəndaşıdır. Azərbaycanın yoluxmuş 316 (65,3 faiz) vətəndaşı kişi, 168-i (34,7 faiz) isə qadındır”. 

E.Alməmmədovanın sözlərinə görə, profilaktikanın məqsədi əhalini xəstəliyin özü, yoluxma yolları və qarşısının alınması üsulları haqqında geniş məlumatlandırmaqdır, eyni zamanda vətəndaşları İİV testindən keçməyə sövq etmək də olduqca vacibdir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678