Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şabranda yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanıldı – FOTO

140 Baxış

Şabranda karantin qaydalarını kobud şəkildə pozan koronavirus xəstələri aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şabran rayon sakinləri İ.Əliyevə və A.Tacıyevə COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib.

Lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar.

Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və həmin şəxslər dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar. 

Faktlarla əlaqədar İ.Əliyev və A.Tacıyev barəsində Şabran RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678