Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“SOCAR Türkiyə” Laçının qayıdışını piano ifası ilə qeyd etdi – VİDEO

137 Baxış

“SOCAR Türkiyə” Laçının qayıdışı ilə bağlı video çarx yayımlayıb.

“Socar Türkiyə”nin rəsmi sosial media hesabında paylaşdığı təbrik videosunda piano ifası ilə yanaşı Azərbaycanın işğaldan azad edilən ərazisindən görüntülər təqdim olunub.

“Böyük həsrət bitdi! Qarabağda işğal altında olan Laçın da mənsub olduğu Azərbaycana qovuşdu. Qələbəniz mübarək!”, – deyə təbrik mətnində qeyd edilib.

Video çarxda pianoda ifa edən xanım Azərbaycanın dirijoru, bəstəkarı və pianoçu Turan Manafzadədir. O, pedaqoq, dirijor və bəstəkar İslam Manafovun qızıdır və 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adını alıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678