Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azad olunan torpaqlar ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcək – VİDEO

156 Baxış

Ötən gün Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibəti ilə xalqa müraciətində bir çox məsələlərə, xüsusilə də Azərbaycanın işğaldan azad edilən ərazilərinin ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcəyinə diqqət çəkib. 

Millət vəkili Jalə Əliyeva məsələ ilə Baku TV-yə müsahibəsində bildirib ki, Laçın dəhlizinin yenidən inşa edilməsinə ehtiyac var. İnsanların orada əmin-amanlıq, sülh şəraitində yaşaması üçün artıq tikinti işləri başladılıb. 

Bu gündən Azərbaycan üçün yeni dövr başlayır – quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü. Əlbəttə Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək. 

Dövlət başçısının yeni strateji yanaşması bölgədə yeni reallıq yaradacaq ki, bu da regionda hərtəfəli inkişafa səbəb olacaq. 

Prezident İlham Əliyev 44 günlük müharibə ərzində, bütün dövrlərdə göstərdiyi prinsipiallığı, yenilməz iradəsini bir daha nümayiş etdirdi, Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678