Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan və Qazaxıstan könüllüləri arasında saziş imzalanıb – FOTO

157 Baxış

Bu gün Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi”nin (National Volunteering Network) təşəbbüsü ilə ölkələrin davamlı inkişaf hədəflərinin həllinə istiqamətlənən ortaq könüllü proqramları və layihələrinin həyata keçirilməsi məqsədilə onlayn görüş baş tutub.

Görüş Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətovun və “National Volunteering Network”ün icraçı direktoru Tatyana Mironyukun çıxışları ilə başlayıb. Tatyana Mironyuk 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması, şanlı və tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, öz doğma torpaqlarından qaçqın düşmüş azərbaycanlılar üçün ədalətin öz yerini tapdığını vurğulayıb. Daha sonra T.Hümbətov ə T.Mironyuk təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri və gələcək perspektivləri barədə ətraflı məlumat verib. Eyni zamanda, müxtəlif könüllü təşkilatlarını təmsil edən könüllülər öz fəaliyyətləri barədə çıxışlar edib və şəxsi təcrübələrini bölüşüblər.

Sonda Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın Milli Könüllülük Şəbəkəsi arasında könüllülük sahəsində beynəlxalq tərəfdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda bu sahədə iki ölkə arasında əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi, müxtəlif ölkələrdən olan könüllüləri əhatə edən birgə layihələrinin hazırlanması öz əksini tapıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678