Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda ictimai yerdə aktiv COVID-19 xəstəsi saxlandı – VİDEO

154 Baxış

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə aktiv COVID-19 xəstəsi olan Bakı şəhər sakini, 34 yaşlı Mahmud Məmmədov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.  

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin,  sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678