Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gəncədə yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlandı – VİDEO

147 Baxış

Gəncə şəhərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerdə aktiv COVID-19 xəstəsi olan 24 yaşlı Ayşən Səmədzadə aşkarlanaraq müalicə təyin edildiyi ünvana yerləşdirilib. Onun barəsində Gəncə ŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin,  sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678