Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda ikimərtəbəli tikili yandı

128 Baxış

Bakının Nəsimi rayonunda ikimərtəbəli tikili yanıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 600 kvadrat metr (hər mərtəbəsi 300 kvadrat metr) olan ikimərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 200 kvadrat metr sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678