Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Anar Cəbrayıllı 27 il sonra işğaldan azad olunan evlərinə getdi – FOTO

306 Baxış

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı işğaldan azad olunan Cəbrayıl rayonunun Balyand kəndindəki evlərindən indiyə qədər qalan əşyaları tapıb.

Bununla bağlı A.Cəbrayıllı paylaşım edib.

O, sac və səhəng tapdığını bildirib:

“İki müqəddəs nemətin – çörəyin (yuxanın) bişirildiyi sac və suyun daşınıb saxlanıldığı səhəng. 27 il əvvəl kənddə qoyub gəldiyimiz əşyalardan indiyə qalan yalnız bunlardır. Babalarımız çörəyə və suya elə belə and içmirlərmiş. Hər ikisini gətirib anama verdim”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678