Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Çinə koks ixrac etməyə başladı

123 Baxış

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan koks artıq Çin Xalq Respublikasına ixrac olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən verilən məlumata əsasən, həmin yükün Gürcüstanın Poti limanına nəqlini həyata keçirilir.

Koks Keşlə stansiyasında yarımvaqonlara yüklənərək Poti limanına daşındıqdan sonra orada gəmilərə aşırıldıqdan sonra dəniz vasitəsi ilə təyinat ölkəsinə çatdırılır.

İlkin olaraq 2020-ci il noyabr-dekabr aylarında layihə üzrə 27 min ton koksun daşınması nəzərdə tutulur ki, artıq 245 vaqonla 15 min 742 ton yükün nəqli həyata keçirilib.

Qeyd edək ki, Azərbaycandan Çinə bu növ yüklərin davamlı nəqli nəzərdə tutulur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678