Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yanan tankdan sağ çıxan əsgərimiz: “Səngərə çatanda öz üzümü görmək istədim, amma…” – VİDEOREPORTAJ

143 Baxış

44 günlük Vətən Müharibəsi Azərbaycana bir çox qəhrəmanlar bəxş etdi. Onlardan biri də 20 yaşlı Heydər Hüseynovdur.

Tankçı qəhrəmanımız Ağdam rayonu istiqamətdə gedən döyüşlərdə iştirak edib. 

Onun sözlərinə görə, döyüşlərin qızğın vaxtında qəflətən tankda partlayış olub:

“Tank yanmağa başladı. Dörd nəfər idik. Hər birimiz tankı tərk etməyə çalışırdıq. Ən axıra mən qaldım. Əllərim, ayaqlarım, üzüm yandığı üçün tankdan çətinliklə çıxmağa nail oldum.

Yoldaşlarımın məni çağırdığını eşitdim. Gözlərim dumandan tutulmuşdu, qaçsam da, hara qaçdığımı bilmirdim. Nəhayət, yoldaşlarımla görüşdüm. Onlar məni səngərə gətirdilər. Səngərdə onlardan üzümü göstərmələrini istədim. Amma üzümü mənə göstərmək istəmədilər. Mən əməliyyatdan sonra üzümü görə bildm”.

Tankçı Heydərlə bağlı daha ətraflı Baku TV-nin xüsusi buraxılışında:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678